İngiltərə

Oueni qorxu bürüyüb: “Liverpul” o “Yunyted”ə oxşaya bilər

Maykl Ouen “Liverpul”un yeni baş məşqçisi ilə bağlı narahatlığını bölüşüb.

Aut.az xəbər verir ki, Ouen “Qorxmursunuz ki, Slotun “Liverpul”u Devid Moyesin rəhbərliyi altındakı “Mançester Yunayted”ə bəzəyə bilər” sualını cavablandırıb.

“Qorxuram, bu mümkündür, amma ümid edirəm ki, baş verməyəcək. Mövsümün əvvəlinə hər kəs nikbinliklə dolu olacaq: yeni məşqçi, yeni oyun tərzi, bir-iki yeni gələn futbolçu. Məncə, genişmiqyaslı dəyişikliklər olmayacaq. Düşünmürəm ki, Slott “Liverpul”un indi oynadığından çox fərqli bir sistemə keçsin.

Ancaq təbii ki, hər bir “Liverpul” azarkeşi “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” ilə baş verənlərə baxaraq əsəbi olacaq. Komanda geriləməyə başlayandan sonra onu əvvəlki səviyyəsinə qaytarmaq çətindir. İndi hər şey təfərrüatlardan gedir, titul uğrunda mübarizə aparmaq üçün tamamilə əla komanda olmaq lazımdır.

Premyer Liqa indi tarixin ən yüksək standartlarına malikdir, sözün əsl mənasında səhvə yer yoxdur. Onlar əsəbi olacaqlar. “Liverpul” güc olaraq qalacaq, yoxsa onların böyüklük dövrü bitdi? Zirvəyə qayıtmaq üçün vaxt lazımdırmı? Baxacağıq”, – “qırmızılar”ın keçmiş hücumçusu deyib.

Aut.az