Bu milli komanda yarışlardan kənarlaşdırılacaq
İngiltərə kişi basketbol millisi beynəlxalq yarışlardan kənarlaşdırılacaq.
Aut.az “The Guardian”a istinadən xəbər verir ki, FİBA Britaniya Basketbol Federasiyasının (BBF) milli komanda yaratmaq səlahiyyətlərini dayandırıb.
Bu qərarın səbəbi federasiya ilə klublar arasında yaranmış konflikt olub. Klublar rəhbərliyin fəaliyyətinə qarşı bir neçə iddia qaldırmışdılar.
Aut.az
