İspaniya

2024-cü ilin komandası “Real” seçildi

“Real”  “Laureus”un versiyasına görə 2024-cü ilin komandası seçilib.

Aut.az xəbər verir ki, Madrid klubu ötən il əldə etdiyi nailiyyətlərə görə “Laureus World Sports Academy” tərəfindən mükafat alıb.

2024-cü ildə “Real” İspaniya çempionluğunu qazanıb, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub.

“Real” mükafat uğrunda mübarizədə “Barselona”nın qadın komandasını, İspaniya millisini, “Boston Celtics” basketbol komandasını və Formula 1 komandası “Maklaren”i üztələyib.

Aut.az