İngiltərə

Bu iki komanda Premyer Liqaya vəsiqə qazandı

İngiltərə Çempionşipinin 44-cü turunda “Bernli” “Şeffild Yunayted”ə 2:1 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, bununla yeni mövsümdə Premyer Liqada iştirak edəcək iki komandanın adına aydınlıq gəlib. Bunlar “Bernli” və “Lids”dir.

94 xalları olan komandalar şərikli liderdirlər və son 2 tur qalmış ən yaxın izləyiciləri olan “Şeffild Yunayted”i 8 xal qabaqlayırlar. Buna görə də “Dumanlı albion”un əsas liqasına vəsiqə qazanıblar.

Sonuncu vəsiqənin sahibinin adına isə pley-off oyunlarından sonra aydınlıq gələcək.