İngiltərəDünya futbolu

“Liverpul”un yeni transferini lağa qoydu: Axmaq tapmağı bacardılar

Fransa millisinin sabiq hücumçusu Kristof Dyuqarri “Renn”in mərkəz müdafiəçisi Jeremi Jaketin “Liverpul”a mümkün transferinə münasibət bildirib.

Aut.az xəbər verir ki, 1998-ci il dünya çempionunu ən çox qıcıqlandıran məqam transferin məbləği olub. “Qırmızılar” fransalı istedad uğrunda mübarizədə “Çelsi”ni qabaqlayıb və “Renn”ə 72 milyon avro ödəməyə razılaşıb. Futbolçu hələ Çempionlar Liqası səviyyəsində və Fransa millisində oynamayıb, bu baxımdan məbləğ şişirdilmiş görünür.

“Bu, oyunçuya qarşı təhqir deyil. Səmimi deyirəm, onun bununla heç bir əlaqəsi yoxdur və biz ona yalnız uğurlar arzulayırıq, çünki o, yaxşı futbolçudur. Amma axmaqlar tapılanda… “Renn” 72 milyon avroya “Liverpul” kimi bir axmaq tapmağı bacardı”, – deyə Dyuqarri sərt şəkildə fikrini ifadə edib.

Sabiq futbolçunun fikrincə, bu qədər bahalı transfer gənc oyunçu üçün əlavə təzyiq və problemlər yarada bilər.

“Renn” akademiyasının yetirməsi Liqa 1-in yüksək səviyyəsində 36 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Mərkəz müdafiəçisi Fransa gənclər millisinin dəvət aldığı futbolçulardandır.

Aut.az