Peresdən etiraf: Belə il bir də çətin ola
“Real”ın prezidenti Florentino Peres komandasının Qitələrarası Kubokun finalında “Paçuka” üzərində qələbəsindən (3:0) sonra müsahibə verib.
“Mən çox şadam, bu, dünya çempionluğudur və biz bunu doqquzuncu dəfə qazanmışıq. Çox yaxşı tituldur və onu qazandığımız üçün sevindik.
2024-cü ili təkrarlamaq çətin olacaq, lakin biz titulları qazanmaq üçün mübarizə aparacağıq. Bu mövsümə iki titulla başladıq və mövsümün sonunda nə olacağını görəcəyik.
Yaxşı komandaya sahib olmaq ən vacib şeydir. Bütün bu illər ərzində bunu etməyə çalışdım və həqiqət budur ki, biz çox şey qazandıq və hər şeyi qazanmağa davam etmək ambisiyamız var.
Bu, uzun illərin, çox insanın işidir, bütün dünya “Real” azarkeşləri ilə doludur. Bu, məmnunluq və məsuliyyətdir, mən onlara bu sevinci yaşatmaq üçün işləməyə davam edəcəyəm”, – “Marca” Peresdən sitat gətirib.
Florentino üçün bu, onun klubun sükanı arxasındakı 37-ci tituludur.
2024-cü ildə “Real” Çempionlar Liqası, UEFA Super Kuboku, La Liqa və Qitələrarası Kubokun qalibi olub.
Aut.az
