İspaniya

Ona güvən verməyə çalışdım, lakin… – Ançelotti kimi deyir?

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 30-cu turunda evdə “Valensiya”ya məğlubiyyəti (1:2) şərh edib.

“Vinisiusun qaçırdığı penaltiyə gəlincə, bu mövsüm penalti ustalarımız üçün çətin keçir. “Atletiko” ilə oyundan sonra Vinisiusa güvən verməyə çalışdım, lakin yenə də qaçırdı.

Çoxlu qol imkanları yaratdıq, lakin kifayət qədər effektli olmadıq və topu geri qaytarmaqda problem yaşadıq, rəqibə çox imkan vermədik, qol vurmağa da çox yaxın idik. Sonda riskə etdik və əks hücumdan qol buraxdıq.

Səmərəsizliyi nəzərə almasaq, hücumda yaxşı oynadıq. Çempionluq uğrunda mübarizə indi qat-qat çətindir, lakin şanslar daha az olsa da, qalır. Amma biz sona qədər mübarizə aparmalıyıq”, – Ançelottinin sözlərini “Marca” sitat gətirib.

Aut.az