İspaniya

“Barsa” ona görə narahatdır: Millinin məşqçilərindən xahiş ediblər ki…

Bir neçə mövsümdür həddindən artıq yüklənən “Barselona”nın 22 yaşlı yarımmüdafiəçisi Pedri İspaniya milli komandasında ciddi müşahidə altında olacaq.

Aut.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubunun yarımmüdafiəçisində son günlər yorğunluq hiss olunur. “Barselona” millinin baş məşqçisi Luis de la Fuente və onun məşqçilər heyətindən onun səhhətinə nəzarət etməyi xahiş edib.

Kataloniyalılar artıq bu mövsüm çoxsaylı zədələrlə üzləşib, Lamin Yamal, Qavi, Fermin Lopes, Joan Qarsiya və Rafinya sıradan çıxıb.

Aut.az