İngiltərə

“Ən yaxşı” adına namizədlər açıqlandı: Salah, Saka, Odeqaard…

İngiltərə Premyer Liqası “noyabr ayının ən yaxşı oyunçusu” mükafatına namizədlərin adlarını açıqlayıb.

Aut.az xəbər verir ki, fərdi mükafat uğrunda 8 oyunçu mübarizə aparacaq. Bunlar “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes (2 qol və 1 məhsuldar ötürmə), “Liverpul”un üzvü Rayan Qravenberx (1 məhsuldar ötürmə), “Brayton”un forvardı Joao Pedro (2 qol və 2 məhsuldar ötürmə), “Vulverhempton”un hücumçusu Mateus Kunya (3 qol və 1 assist), “Arsenal”ın cinah hücumçusu Bukayo Saka (2 qol və 3 məhsuldar ötürmə), “Liverpul”un ulduzu Məhəmməd Salah (Liverpul, 4 qol və 1 məhsuldar ötürmə), “Brentford”un üzvü Yoan Vissa (3 qol) və “Arsenal”ın oyunqurucusu Martin Odeqaarddır (1 qol və 2 məhsuldar ötürmə).

Qeyd edək ki, “Nottingem Forest”in hücumçusu Kris Vud Premyer Liqada oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Aut.az