Azarkeşlər “Liverpul”un əfsanəsini restoranda şoka saldılar – VİDEO
Filip Koutinyonun “Liverpul”dan ayrılmasından illər keçsə də, Mersisayd klubunun azarkeşləri hələ də kunirlərindən birini unutmayıblar.
Aut.az xəbər verir ki, braziliyalı futbolçu sosial mediada tez bir zamanda populyarlıq qazanan təsirli bir epizodun qəhrəmanı oldu.
Bütün bunlar Koutinyo Yunanıstanda tətildə olarkən baş verib. Yarımmüdafiəçi dostları ilə yerli restoranda nahar edərkən bir neçə dəqiqə ərzində restoranın ulduz cazibəsinə çevriləcəyindən xəbərsiz idi. Yaxınlıqdakı masalarda oturan “Liverpul” azarkeşləri onu tanıyıblar.
Azarkeşlər şəkil və ya avtoqraf istəməyiblər. Bunun əvəzinə, braziliyalıya “Enfild”dəki parlaq günlərini xatırlatmaq qərarına gəldilər.
On illərdir “Liverpul”un simvolu olan əfsanəvi “You’ll Never Walk Alone” mahnısının ilk sözləri restoranda səsləndirilib.
Digər pərəstişkarlar da tez bir zamanda mahnı oxumağa qoşulublar və məkandakı atmosfer dərhal xüsusi hala gəlib. Xatırladaq ki, oyunçu hazırda azad agentdir və 19 fevralda “Vasko da Qama” ilə müqaviləsini erkən ləğv edib. O, bu addımın əsas səbəbləri kimi azarkeşlərin güclü təzyiqini və dərin psixoloji yorğunluğu göstərib.
@jessmccleary24 this is class😍 ❤️🇬🇷Philippe Coutinho was spotted at restaurant in Greece while on holiday with his wife Aine, which led to an impromptu breakout of a You’ll Never Walk Alone, which the former Liverpool FC star sung along with. Once a Red, always a Red. #Coutinho #Liverpoolfc #lfc #ynwa #youllneverwalkalone
Aut.az
