İngiltərə

“Qumarbaz”la bağlı yeni təfərrüat: Komandasının oyununa da pul yatırıb

“Nyukasl”ın futbolçusu Sandro Tonaliyə qarşı aparılan istintaqın bəzi təfərrüatları məlum olub.

Aut.az “Teleqraf.com”a istinadla xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) Tonalinin bu mövsüm artıq komandasının oyunlarına mərc etdiyindən şübhələnir.

Tonali hazırda “Breşiya” və “Milan”da oynadığı müddətdə mərc oynadığı üçün 10 aylıq qadağa tətbiq edilib. O, indi daha uzun müddətə diskvalifikasiya oluna bilər, çünki Premyer Liqaya keçdikdən sonra avqustun 12-dən oktyabrın 12-dək 50 dəfə mərc edib.

Mənbənin sözlərinə görə, Tonali transfer prosesində qumar oyunlarına aludəçiliyi barədə rəhbərliyə məlumat verib. İtaliyada o, istintaqla sövdələşib və üç il əvəzinə 10 aylıq diskvalifikasiya alıb.

Aut.az