İngiltərə

Messinin sol ayağını yox, Ronaldonun sağ ayağını seçdi

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Kriştiano Ronaldo ilə Lionel Messinin üstün keyfiyyətləri arasında seçim edib.

Aut.az xəbər verir ki, o, Ronaldonun sağ ayağını seçib və qərarını belə əsaslandırıb:

“Çətin seçimdir. Ancaq özümün yaxşı sol ayağım olduğu üçün Ronaldonun sağ ayağını seçərdim”.

Norveçli hücumçu Premyer Liqada 35 oyunda 36 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az