Ona dəstək üçün bu formada meydana çıxacaqlar – FOTO
Braziliya çempionatının növbəti oyununda “Flamenqo” “Real”ın hücumçusu Vinisius Juniora dəstək üçün xüsusi formada meydana çıxacaq.
Aut.az xəbər verir ki, bu barədə “Flamenqo”nun rəsmi saytı məlumat yayıb.
Klubun titul sponsorunun loqosunun əvəzinə köynəyin ortasında “Biz hamımız Vinisiusun yanındayıq” sözləri yazılıb. Klub Vinisiusa dəstək məqsədilə “Kruzeyro” ilə matçda da bir sıra aksiyalar keçirməyi planlaşdırır.
Xatırladaq ki, Vinisisu “Valensiya” ilə qarşılaşmada irqçi təhqirlərə məruz qalmışdı.

Aut.az
