Kante Avropaya qayıdır?
“Əl-İttihad”ın və Fransa yığmasının yarımmüdafiəçisi N’Qolo Kanteaçıqlama verib.
Aut.az xəbər verir ki, dünya çempionu Fransaya qayıtmaq imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib:
“Biz “Əl-İttihad”la mövsümə fokuslanmışıq. Görək, sonra hansı təkliflər olacaq, amma futbolda qalan vaxtımdan maksimum yararlanmaq istəyirəm.
Ümid edirəm ki, bu il bütün səviyyələrdə dolu keçəcək. Liqa 1-ə qayıtmaq? Kim bilir! “Paris”ə? Kim bilir (gülür)”
34 yaşlı futbolçu 2023-cü ilin yayından Səudiyyə Ərəbistanında çıxış edir. Onun müqaviləsi 2026-cı ilin iyununda başa çatır.
Kante “Çelsi” və “Lester”lə İngiltərənin ikiqat çempionudur. O, həmçinin London klubunda Çempionlar Liqasını, Avropa Liqasını və klublararası dünya çempionatını qazanıb. Fransa millisi ilə DÇ-2018-in qalibi olub.
Aut.az
