O da 200 milyonu oyunçu alınmasına xərcləmək istəyir, amma…
“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubun maliyyə durumu haqda danışıb.
“Mən başa düşürəm ki, insanlar klubun maliyyə vəziyyətini yalnız oyunçuların alınmasına sərf edə biləcəyi pulun miqdarını nəzərə alaraq qiymətləndirirlər.
Mən də sadəcə futbolçu almağa pul xərcləmək istəyirəm, amma insanlar unutmasınlar ki, klub yeni tribuna tikir. Bu yaxınlarda bir tribunada yenidənqurma işlərini başa çatdırdıq.
Yeni məşq meydançası tikirik, klubu uzun müddət yaxşı vəziyyətdə saxlayırıq.
Söhbət o deyil ki, oyunçulara xərcləmək üçün 200 milyon funt-sterlinq büdcəyə ehtiyacımız var. Fakt budur ki, biz nə qədər yaxşı şəraitdə olsaq, gələcəkdə bir o qədər çox xərcləyə biləcəyik”, – deyə “Sky Sports” Kloppdan sitat gətirib.
Aut.az
