İngiltərə

“Çelsi” MY-nin istədiyi gənc ulduzla anlaşdı

“Çelsi” vinger Covani Kendanın transferi üçün “Sportinq”lə razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “mavilər” 17 yaşlı portuqaliyalı üçün 45-50 milyon avro ödəyəcək. Bu, “Mançester Yunayted”in yanvarda futbolçu üçün ödəməyi planlaşdırdığı məbləğdən çox deyil.

“Çelsi” onunla imzalıdğı müqavilə 2033-cü ilin yayına qədər davam edəcək. Portuqaliyalı futbolçu artıq tibbi müayinədən keçib.

Klublar Kendanın daha bir mövsümü Lissabonda keçirməsi, bundan sonra 2026-cı ilin yayında yeni komandasına qoşulması barədə razılığa gəliblər.

Qeyd edək ki, bu mövsüm Covani Kenda 43 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az