İngiltərə

“Arsenal”dan rekord: Bunu bacaran Premyer Liqa klubu olmamışdı

“Arsenal” İngiltərə Premyer Liqasının 17-ci turunda “Kristal Pelas”ı 5:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, səfər matçı topçuların 2024-cü ildə bütün yarışlarda 5və ya daha çox qol vurduğu  altıncı oyun olub. Bu, İngiltərə elit divizionunun klubları arasında bir təqvim ili ərzində tarixin ən yaxşı nəticəsidir.

Qeyd edək ki, “Arsenal” 33 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində üçüncü yerdədir.

Aut.az