İngiltərəİspaniya

“Siti” daha bir nəhəngin qapıçısını hədəfə aldı

“Mançester Siti” “Barselona”nın ispaniyalı qapıçısı İnyaki Pena ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes.net” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçunun transferində Fransanın nəhəngi PSJ də iddialıdır.

2024/25 mövsümündə İnyaki Pena klub səviyyəsində 8 oyun keçirib və 6 qol buraxıb. 5 görüşdə qapısını toxunulmaz saxlaya bilib. Transfermarkt portalı onun dəyərini 8 milyon avro olaraq qiymətləndirir.

“Mançester Siti”nin “Real”ın ukraynalı qapıçısı Andrey Luninlə də maraqlandığı bildirilir.

Aut.az