12 oyundur qol buraxmır: Əfsanənin rekorduna cəmi 2 oyun qalıb
“Bernli”nin qapıçısı Ceyms Trafford “Şeffild”lə oyunda (4:0) da qapısını toxunulmaz saxlayıb.
Aut.az xəbər verir ki, Ceyms artıq 12 oyundur ki, qapısında qol görmür. Bu, İngiltərənin top-4 liqası tarixində ikinci ən uzun seriyadır.
Premyer Liqada daha uzun müddət qapısını toxunulmaz saxlayan yeganə oyunçu “Mançester Yunayted”in əfsanəvi qapıçısı Edvin van der Sardır. O, 2008/09 mövsümündə ardıcıl 14 oyunda qol buraxmayıb.
Cari mövsümdə Trafford 33 oyun keçirib, 9 qol buraxıb və 24 oyunda qapısını toxunulmaz saxlayıb (18 qələbə, 14 heç-heçə, 2 məğlubiyyət).
“Bernli” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Aut.az
