Braziliya çempionatı Dünya Kuboku ilə bağlı iki rekord qırdı
Braziliya liqasında oynayan 32 futbolçu qarşıdan gələn Dünya Kuboku üçün milli komandalarına çağırılıb.
Aut.az “Globo”ya istinadla xəbər verir ki, bu, turnir tarixində rekord rəqəmdir. Çempionatdan Braziliya, Paraqvay və Uruqvay milli komandalarına ən çox oyunçu gedib – hərəyə yeddi. Ekvador beş, Kolumbiya dörd, Argentina və Niderland isə hərəyə bir oyunçu göndərib.
Əvvəlki rekord 1974-cü ildə Braziliya klublarından 27 oyunçunun turnirə çağırılması zamanı qeydə alınmışdı. Xarici oyunçular üçün də yeni rekord qeydə alınıb: Braziliya çempionatında oynayan 25 futbolçu digər ölkələrin milli komandalarına çağırılıb – bu, əvvəlki rekordu üç dəfədən çox üstələyir.
Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində Meksika, ABŞ və Kanadada keçiriləcək.
Aut.az
