Messi Avropaya qayıdır: Bu klub hərəkətə keçdi
“İnter Mayami”nin hücumçusu Lionel Messi Amerika klubunu tərk edə bilər.
Aut.az xəbər verir ki, bu barədə Argentinanın “TNT Sports” telekanalı məlumat yayıb.
“Barselona” futbolçunun geri qaytarılması üzərində işləyir. İspaniya klubunun planı Messinin 2026/2027 mövsümünün başlamazdan əvvəl komandaya qayıtmasıdır.
Qeyd olunur ki, “Barsa”nın Messinin geri dönməsi ilə bağlı danışıqları komandanın ağır maliyyə vəziyyəti səbəbindən çətin keçəcək.
Xatırladaq ki, 37 yaşlı Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin sonuna kimidir.
Aut.az
