Flik onun qayıdacağı tarixi açıqladı
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Frenki de Yonqun sağalma müddəti barədə danışıb.
Aut.az xəbər verir ki, Flik şənbə günü keçirilən mətbuat konfransında jurnalistlərə bildirib:
“Ümid edirik ki, De Yonq milli fasilədən sonra geri qayıdacaq. Hər şey qaydasındadır. Düşünürəm ki, o, milli fasilədən sonra yenidən meydana çıxa biləcək”.
“Barselona” milli fasilədən sonra ilk oyununu aprelin 4-də səfərdə “Atletiko”ya qarşı keçirəcək. De Yonq sonuncu dəfə fevralın 22-də meydana çıxıb. Niderlandlı futbolçu bu mövsüm ümumilikdə 31 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.
Aut.az
