“Real”da şok itki: Superkubokda oynamayacaq – VİDEO
“Real”ın mərkəz yarımmüdafiəçisi Eduardo Kamavinqa UEFA Superkuboku çərçivəsində keçiriləcək “Atalanta” ilə oyun öncəsi məşqdə zədələnib.
Aut.az xəbər verir ki, fransalı futbolçu ikitərəfli oyun zamanı qışqırıqla yerə yıxılıb. O, Orelyen Çuameni ilə toqquşub. Bu zaman dizini tutub.
Jurnalist Fabritsio Romanonun sözlərinə görə, Kamavinqa bu gün baş tutacaq görüşdə iştirak edə bilməyəcək. Komana Madridə qayıdandan sonra o, tibbi müayinədən keçəcək.
Qeyd edək ki, “Real” – “Atalanta” oyunu bu gün Varşavada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az
