İspaniya

Qaytarmaq istəyirlər – “Möcüzə yarada bilərik”

“Barselona”  Lionel Messini geri qaytarmaq üçün mübarizə aparacaq.

Aut.az xəbər verir ki, bunu mətbuata açıqlamasında “Barsa”nmın vitse-prezidenti Eduar Romeu deyib:

“İdman rəhbərliyi bunu məqsədəuyğun hesab edərsə, biz əlimizdən gələni edəcəyik. Möcüzələr yarada bilərik.Leo Messi klub üçün dəyərli oyunçudur və qapılar onun üçün hər zaman açıq olacaq”.

Messi 2021-ci ildə “Barselona”dan PSJ-yə keçib. 35 yaşlı futbolçunun Paris klubu ilə müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub.

Aut.az