Formula 1

1,4 milyonluq avtomobillə görünütüləndi – FOTO

Formula 1 pilotu Çarlz Lekler Monakoda yanacaqdoldurma məntəqəsində bahalı avtomobillə görüntülənib.

Aut.az xəbər verir ki, bu, “SF90 XX” kimi tanınan “Ferrari SF90 Stradale”in ekstremal versiyasıdır. Bu, yolda istifadə üçün sertifikatlaşdırılmış ilk “Ferrari XX” modelidir.

Qeyd edək ki, avtomobil Leklerə məxsus “Ferrari Daytona SP3” ilə eyni üslubda bəzədilib.

Avtomobil 758 kVt (1030 at gücü) gücündə V8 əsasında hibrid elektrik stansiyasına malikdir. Avtomobil 100 km/saata 2,3 saniyəyə sürətlənir, maksimal sürəti isə 340 km/saatdır.

Onun qiymətinin 770 min avro olduğu bildirilir.

1,4 milyonluq avtomobillə görünütüləndi – FOTO

Aut.az