Formula 1

Qasli ilə bağlı qərar verildi

Fransız pilot Pyer Qasli “Alpin”lə yeni müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Razılaşma 2028-ci il mövsümünədək nəzərdə tutulub.

Qasli 2018-ci ildən Formula-1-də əsas pilot kimi çıxış edir. Onun yeganə qələbəsi 2020-ci il sentyabrın 6-da baş tutan İtaliya Qran-prisində qeydə alınıb.

Cari mövsümdə 29 yaşlı fransız sürücü 20 xalla şəxsi hesabda 14-cü pillədə qərarlaşıb.