“Qara zolaq” – Hemiltonun karyerasında belə şey olmamışdı
“Ferrari” komandasının sürücüsü Lyuis Hemilton karyerasında antirekordla yadda qalıb.
Aut.az xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.
Yeddiqat dünya çempionu Kanada Qran Prisində altıncı yeri tutub. O, 2025-ci il mövsümünün ilk on raundunda podiuma qalxa bilməyib ki, bu da, karyerasının ən pis nəticəsidir.
40 yaşlı britaniyalı 2009-cu ildəki antirekordunu geridə qoyub. O vaxt Lyuis mövsümün ilk podiumunu Macarıstanda 10-cu raundda əldə etmişdi.
Lyuis Hemilton sonuncu dəfə keçən il “Mercedes”də olarkən podiuma çıxmışdı.
Aut.az
