İspaniya

UEFA “Barselona”nın ABŞ-də oynamasına qarşı çıxacaq?

UEFA, La Liqanın 17-ci turunda keçiriləcək “Vilyarreal” – “Barselona” oyununun Mayamidə (ABŞ) baş tutub-tutmaması ilə bağlı qərarı gələn həftə verəcək.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, məsələ sentyabrın 11-də təşkilatın icraiyyə komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Bundan əvvəl UEFA prezidenti Aleksander Çeferin belə oyunların başqa ölkədə keçirilməsinin əleyhinə olduğunu bildirmişdi. O, bütün milli çempionat matçlarının yalnız həmin ölkələrdə baş tutmalı olduğunu vurğulamışdı.

“Vilyarreal” – “Barselona” qarşılaşması dekabın 21-də keçirilməsi nəzərdə tutulub. Oyunun Mayamidə, “Hard Rock” stadionunda keçirilməsi planlaşdırılır.

Aut.az