İnanılmaz: 46 oyunun 22-də bu dəqiqədən sonra qol vurub və…
“Bayer” bu mövsüm keçirdiyi oyunların demək olar ki, yarısında son dəqiqələrdə qol vurub.
Aut.az xəbər verir ki, 80-ci dəqiqədən sonra Xabi Alonsonun komandası Almaniya çempionatı və kuboku, eləcə də Avropa Liqasında keçirdiyi 46 matçdan 22-də qol vurub.
9 halda gec vurulan qollar Leverkuzen təmsilçisinə qələbə qazandırıb, daha 5-də isə heç-heçə qeydə alınıb.
“Bayer” bu mövsüm bir dəfə də olsun məğlubiyyət almayıb . Komandanın hesabında 38 qələbə və 8 heç-heçə var.
Aut.az
