“Siti”dən ayrılır, “Bayern”in hədəfindədir
“Bayern” mövsümün sonunda klubdan ayrılacaq “Mançester Siti”nin mərkəz müdafiəçisi Con Stounsu transfer etməyi düşünür.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, əgər Stounsa real maraq olarsa, Münhen klubunun 31 yaşlı futbolçunu azad agent kimi transfer etmək şansı yüksək olacaq.
İngilis futbolçu 2016-cı ilin yayından bəri “Mançester Siti”də oynayır. Bu mövsüm Stouns bütün turnirlərdə 17 oyunda meydana çıxıb və qol vurmayıb. “Transfermarkt” portalındakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.
Aut.az
