Dünya futbolu

Neymar “Santos”u müflis edir

Neymarın “Santos”la olan müqaviləsinin detalları açıqlanıb.

Aut.az xəbər verir ki, bu barədə Braziliyanın “UOL” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 33 yaşlı hücumçu Braziliya klubunda ayda 3,3 milyon avro qazanır.

Neymar sponsor gəlirlərinin və üzərində onun adı yazılmış formaların satışından əldə olunan gəlirin 75 faizini alır. Forvarda stadionda üç VIP loja ayrılıb. Futbolçunun özü, ailəsi və dostları üçün təyyarə biletləri və lüks otellərdə qalmaq xərcləri də klub tərəfindən ödənilir. Ümumilikdə, “Santos” Neymar üçün illik büdcəsinin 25 faizini xərcləyir.

Qeyd edək ki, Neymar “Santos”un yetirməsidir. O, 2025-ci ilin yanvarında kluba qayıdıb. Braziliyalı futbolçu bu vaxtadək komandanın heyətində 9 oyuna çıxıb, 3 qol vurub.

Aut.az