Basketbol

50 min dollar cərimələndi: Hakimlərə nə deyib?

“Qolden Steyt Uarriors” klubunun hücumçusu Dreymond Qrin pley-offun ikinci raundunun üçüncü oyunu zamanı “Minnesota Timbervuves” komandasına qarşı keçirilən matçda hakimlərə ünvanladığı qeyri-etik şərhə görə 50 min dollar cərimələnib.

Aut.az xəbər verir ki, bu barədə NBA-nın mətbuat xidməti məlumat yayıb.

NBA insidentin təfərrüatlarını açıqlamayıb. ESPN-in məlumatına görə, Qrin oyunun sonlarında çoxsaylı faullar səbəbilə meydandan qovulub. Oyun “Minnesota”nın 102:97 hesablı qələbəsi ilə başa çatıb.

Qrin karyerası ərzində ümumilikdə 992 min dollar cərimə olunub. Bu məbləğin 185 mini hakimləri tənqid etdiyi hallar səbəbindən tətbiq edilib.

35 yaşlı Qrin dördqat NBA və ikiqat Olimpiya çempionudur.

Aut.az