Şimali Koreya İspaniyanı məğlub etdi, dünya çempionu oldu
Bazar ertəsi, noyabrın 4-də, Şimali Koreya və İspaniya milli komandaları arasında FIFA U-17 qadınlararası dünya çempionatının final oyunu keçirilib.
Aut.az xəbər verir ki, Asiya təmsilçisi penaltilər seriyasında qalib gəlib.
İspanlar 61-ci dəqiqədə qol vuraraq önə keçiblər, 4 dəqiqədən sonra koreyalılar hesabı bərabərləşdiriblər.
Nəticədə oyun Şimali Koreya komandasının daha dəqiq olduğu penaltilər seriyasına keçib. Onlar 5 zərbədən 4-nü qola çevirsilər də, İspaniya yığması cəmi üç dəfə fərqlənə bilib.
Bu titul daha əvvəl 2008 və 2016-cı illərdə də Dünya Kubokunu qazanan Şimali Koreyanın tarixində üçüncü olub. İndi komanda bu göstəricidə ən yaxşıdır.
Dünya Çempionatı 2024 U-17. Final. 4 noyabr
Şimali Koreya – İspaniya – 1:1 (penaltilərlə 4:3)
Qollar: Yonq İl-Çonq, 65 – Sequra, 61.
Aut.az
