Kamerun 1/4 finalda
Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.
Aut.az xəbər verir ki, mərhələnin daha bir görüşündə CAR və Kamerun milliləri üz-üzə gəlib.
3 qolun vurulduğu matçda qələbəni kamerunlular qazanıb – 2:1.
Qeyd edək ki, Kamerun millisi 1/4 finalda Mərakeşlə üz-üzə gələcək. Digər cütdə isə Mali və Seneqal yığmaları qarşılaşacaq.
1/4 finalın digər 4 iştirakçısı isə qarşıdakı 2 gündə keçiriləcək 1/8 mərhələsinin 4 matçından sonra müəyyənləşəcək.
