Qurban Azərbaycan yığmasından imtina etdi: İrandan təklif alıb
Bu yaxınlarda Mahaçqala “Dinamo”sundan istefa verən Qurban Berdıyev dərhal təklif alıb.
Aut.az xəbər veririk, Qurban İranın “Persepolis” klubuna rəhbərlik edə bilər. Bu barədə “Metaratings” məlumat yayıb.
Mənbənin sözlərinə görə, yüksək ehtimalla, Berdıyev Azərbaycan millisindən aldığı təklifi qəbul etməyəcək.
Xatırladaq ki, “Dinamo” Berdıyevin komandadan ayrılacağını çərşənbə günü, yanvarın 31-də açıqlamışdı. Mütəxəssis öz istəyi vəzifəsindən ayrılıb.
Mahaçqala “Dinamo”su Berdıyevin rəhbərliyi altında 20 oyunda 37 xal toplayaraq 2023/2024 mövsümündə Birinci Liqada turnir cədvəlinə başçılıq edir.
Aut.az
