Azərbaycanı biabır etdi, o rekordu təzələdi
Belçika millisinin hücumçusu Romelu Lukaku Avropa çempionatının seçmə mərhələsində yeni qol rekordu müəyyənləşdirib
Aut.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Lukaku Avro-2024-ün seçmə mərhələsində 14 qol vuraraq, daha əvvəl Avro 2008 və Avro 2016-nın seçmə mərhələsində Devid Hili və Robert Levandovski tərəfindən müəyyən edilmiş 13 qolluq rekordu üstələyib.
Xatırladaq ki, Avro-2024-ün seçmə mərhələsinin 10-cu turunun matçında Belçika millisi Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib. Bu görüşdə Lukaku poker edib.
Belçika yığması 20 xalla qrupu birinci, Avstriya millisi isə 19 xalla ikincisi sırada başa vurub. Hər iki komanda Avro-2024-ə vəsiqəni təmin edib.
