İspaniya

Ona görə FİFA-nı soyacaqlar

“Barselona” Avro-2024-ün seçmə mərhələ oyununda zədələnən yarımmüdafiəçi Qaviyə görə FİFA-dan 3 milyondan 4,3 milyona qədər kompensasiya alacaq.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

“Barselona” klubu müdafiə proqramı çərçivəsində FİFA-dan ödəniş almalı olacaq. Kompensasiya oyunçunun zədələnməsindən sonrakı 28-ci gündə yığılmağa başlayacaq və onun sabit maaşından asılı olacaq. Bir oyunçunun zədələnməsinə görə maksimum kompensasiya illik 7,5 milyon avro və ya gündə 20,548 avrodur. “Barsa”ya ödəniləcək ödənişlərin məbləği dekabrın 16-dan etibarən hesablanacaq.

Qavinin 6 aydan səkkiz aya qədər meydana çıxa bilməyəcəyi bildirilir. Beləliklə, FİFA-dan təzminatın məbləği 3 082 200 avrodan 4 315 080 avroya qədər ola bilər.

Qeyd edək ki, Qavi İspaniya-Gürtcüstan oyununda (3:1) zədələnib.

Aut.az