İspaniya

Mbappenin formasının satışı ilk gündə bu qədər qazanc gətirdi

“Real” yeni hücumçusu Kilian Mbappenin formasını satmağa başlayıb.

Aut.az “El Chiringuito”ya istinadən xəbər verir ki, satışların ilk günündə Madrid klubu onlayn mağaza vasitəsilə 7 mindən çox forma satıb və 800 min avro qazanıb.

Madrid klubu fransalı hücumçunun rəsmi təqdimat mərasiminin iyulun 16-da baş tutacağını açıqlayıb.

Daha əvvəl “Real Madrid”in Mbappenin köynəklərinə olan yüksək tələbata hazır olmadığı və çatdırılmada mümkün gecikmələr barədə məlumat verilmişdi.

Aut.az