Yayda “Real”ı tərk edəcək futbolçuların adları açıqlandı
“Real” yayda heyəti kifayət qədər gücləndirməyi düşünür.
Aut.az xəbər verir ki, komandaya gələnlərlə yanaşı, gedənlər də olacaq. Bu barədə AS məlumat yayıb.
Mənbənin sözlərinə görə, mövsümün sonunda komandadan ayrılma ehtimalı yüksək olan 33 yaşlı sağ cinah müdafiəçisi Lukas Vaskesdir, onu Trent Alexander-Arnold əvəz edəcək .
Həmçinin 32 yaşlı müdafiəçi David Alaba və 39 yaşlı yarımmüdafiəçi Luka Modriç İspaniya nəhəngindən ayrıla bilər. Xorvatiyalı futbolçunun klubla müqaviləsi yayda başa çatır və “Real Madrid” onu uzatmağın mənası olub-olmadığından əmin deyil.
Alabanın müqaviləsi 2026-cı ilin yayında başa çatır, lakin “Real” onun ciddi zədədən sonra əvvəlki yüksək səviyyəsini bərpa edə biləcəyinə şübhə edir.
Aut.az
