Qvardiola Salahın müqaviləni uzatmasına belə reaksiya verdi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Məhəmməd Salahın “Liverpul”la müqaviləni uzatması xəbərinə münasibət bildirib.
Aut.az xəbər verir ki, Qvardiolanın sözlərini “Anything Liverpool” sitat gətirib.
“Bu yaxşıdır. Ancaq siz bununla bağlı Arne Slot və “Liverpul” azarkeşlərinə müraciət etsəniz yaxşı olar. Əlbəttə, heç kim Mo Salahın keyfiyyətinə şübhə etmir”, – Qvardiola deyib.
Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. Bu mövsüm futbolçu “qırmızılar”ın heyətində 45 oyunda 32 qol vurub və 22 məhsuldar ötürmə edib. Ümumilikdə 394 matçda 243 qol vurub və 111 məhsuldar ötürmə edib.
Aprelin 11-də “Liverpul” Salahla yeni müqavilə imzaladığını açıqlayıb. Müqavilənin 2027-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilib.
Aut.az
