İngiltərə

“Qızıl top”un sahibi öldü

“Mançester Yunayted”in sabiq futbolçusu Denis Lou 85 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.

Lou 1962-1973-cü illərdə “Yunayted”də çıxış edib. Komanda ilə birlikdə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi olub. O, 1964-cü ildə “Ballon d’Or” (Qızıl top) mükafatını qazanıb.

Şotlandiyalı əfsanə karyerası ərzində “Mançester Siti”, “Haddersfild” və “Torino”da da çıxış edib. 2002-ci ildə İngiltərə futboluna xidmətlərinə görə adı İngiltərə Futbol Şöhrət Zalına daxil edilib.

Aut.az