“Çelsi”nin transfer planı açıqlandı: Hədəfdə türk də var
“Çelsi” klubu yay transfer pəncərəsində bahalı transferə imza ata bilər.
Aut.az xəbər verir ki, “zadəganlar”ın yanvarda bazarda aktiv olması gözlənilmir, lakin artıq mövsümlərarası dövrdə heyətin gücləndirilməsi imkanlarını araşdırırlar.
Jurnalist Nizaar Kinsellanın məlumatına görə, yayda “Çelsi” bir neçə ciddi transferlər həyata keçirməyi planlaşdırır. Ulduz namizədlər sırasında “Yuventus”un hücumçusu Kenan Yıldızın adı çəkilir. London təmsilçisi eyni zamanda “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynu ilə maraqlanmaqda davam edir.
Nüfuzlu “Transfermarkt” portalına əsasən, Yıldızın bazar dəyəri 75 milyon avro, Maynunun qiyməti isə 40 milyon avro olaraq göstərilir. Hər iki futbolçunun hazırda 20 yaşı var.
Aut.az
