Qaydasız döyüş

Erməninin çağırışına cavab: Səni məhv etməyə hazıram

UFC döyüşçüsü Maykl Çandler yüngül çəkidə rəqibi Arman Tsarukyanın çağırışına cavab verib.

Aut.az xəbər verir ki, Tsarukyan əvvəllər sərbəst güləş turnirində qalib gəlib və Amerika RAF liqasında Çandlerlə döyüşmək istədiyini bildirmişdi.

“Armana hörmət edirəm, çünki o, UFC-də döyüşməsə belə, aktiv qalır. O, güləş yarışlarında və qrepplinq turnirlərində iştirak edir. Bu baxımdan o, əla oğlandır.

Digər tərəfdən, güləşdə Tsarukyanı məhv etməyə hazıram . O, təsirli bir qələbə qazandı, amma Lens Palmer özünü yaxşı göstərə bilmədi. Arman, səninlə sonra məşğul olacağam. Hazırda yay üçün bəzi planlarım var”, – Çandler “The Schmo”ya verdiyi müsahibədə bildirib.

Aut.az