Söyüş söymüşdü, 40 minlik cərimədən qurtuldu
“Uillyams”ın ispaniyalı sürücüsü Karlos Sayns mətbuat konfransında söyüş söydüyünə görə 40 min avro cərimədən yayınıb.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
FİA-nın rəhbər orqanı məsələni stüardlara verməmək qərarına gəlib. Eyni zamanda, ispan davranışına görə üzr istəyib.
Xatırladaq ki, bir müddət əvvəl mətbuat konfransında Karlos Yaponiya Qran Prisi zamanı himnə gecikdiyinə görə 10 min avro məbləğində cərimələnməsini şərh edərkən təhqiramiz ifadə işlətmişdi.
2025-ci il mövsümü ərəfəsində “Red Bull”dan Maks Ferstappen söyüş söydüyünə görə ictimai işə cəlb edildikdən sonra FIA mətbuat konfranslarında kobud sözlərə görə cəzaları rəsmi olaraq sərtləşdirdi.
Aut.az
