“Çelsi”nin sahibi əfsanəvi futbolçunu tanımayıb: Sən kimsən?
Əfsanəvi niderlandlı futbolçu Ruud Qullit maraqlı açıqlama ilə gündəmə gəlib.
Aut.az xəbər verir ki, Qullit “Çelsi”nin sahibinin onu tanımadığını bildirib.
“Çelsi”nin sahibi Todd Bouli ilə tanış oldum və özümü Ruud Qullit kimi təqdim etdim. Todd dedi: “Kimsən, nə işlə məşğulsan?”
Cavab verdim ki, futbol oynamışam, “Çelsi”də çıxış etmişəm, həm də bu komandanın baş məşqçisi olmuşam.
Todd dedi: “Nə vaxt “Çelsi”də oynamısan? Nə etmisən?”. O, heç nə bilmirdi.
Onu günahlandıra bilərəmmi? Xeyr, mən belə düşünmürəm. Bu, xarakterik bir andır, çünki onlar klubun nə olduğunu bilmirlər”, – “Çelsi”nin keçmiş yarımmüdafiəçisi “Stick to Football” podkastına deyib.
Aut.az
