“Arsenal” tarixi rekordun bir addımlığında
Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” mövsümdə qazanılan qələbələrin sayına görə klub rekordunu qırmaq üzrədir.
Aut.az xəbər verir ki, “topçular” hazırda 58 matçdan 40-da qələbə qazanıblar. Bu, Arsen Vengerin 2001/02 mövsümündəki rekordundan çoxdur. O zaman “Arsenal” 60 matçdan 39-da qalib gəlmişdi.
Ən yaxşı nəticə 70/71 mövsümündə qeydə alınıb, o zaman “topçular” 41 matçda qalib gəliblər.

Aut.az
