Almaniyaİtaliya

“Bavariya”ya lazım olmadı, özünü “İnter”ə təqdim etdi

Yayda Münhendən azad agent kimi ayrılacaq “Bavariya”nın hücumçusu Erik-Maksim Şupo-Motinq xidmətini “İnter”ə  təklif edib.

Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Onların məlumatına görə, Şupo-Motinq, həmçinin artıq “İnter”də çıxış edən “Bavariya”nın sabiq futbolçuları Benjamin Pavard və Yan Sommerlə də daimi əlaqə saxlayır. Lakin İtaliya çempionlarının rəhbərliyi onunla müqavilə imzalamaq fikrini böyük həvəslə qəbul etmir.

Bu mövsüm Kamerun millisinin 35 yaşlı forvardı “Bavariya”nın heyətində bütün turnirlərdə 34 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az