Almaniyaİngiltərə

“Yunayted”in planı onları dəyişməkdir – FOTO

Dortmund “Borussiya”sının hücumçusu Doniell Malen İngiltərənin bir neçə top klublarının marağına səbəb olub.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Kristian Falk məlumat verib.

Mənbənin bildirdiyinə görə, niderlandlı futbolçunu transfer etmək üçün favorit “Mançester Yunayted”dir. Mankunianlılar mübadilə olaraq hazırda icarə əsasında “Borussiya”da oynayan Ceydon Sançonu təklif edəcək. Qeyd olunur ki, 25 yaşlı futbolçu üçün “Arsenal” və “Liverpul” da mübarizə aparır.

Malen 2021-ci ilin yayından “Borussiya”da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 32 oyun keçirib, 13 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.

“Yunayted”in planı onları dəyişməkdir – FOTO

Aut.az