Boks

Qadın boksçu tarixi rekordu təkrarladı – VİDEO

Yeddi müxtəlif çəki dərəcəsində dünya çempionu olmuş 37 yaşlı Amanda Serrano (49-4-1, 32 KO) yarımlələk çəki dərəcəsində WBA və WBO kəmərlərini növbəti dəfə qoruyub.

Aut.az xəbər verir ki, döyüş ABŞ-ın Texas ştatında yerləşən “El Paso County Coliseum” arenasında keçirilib. Serrano ikinci raundda Şin Qansonu (17-3, 13 KO) texniki nokautla məğlub edib.

Bu, Serranonun karyerasında 32-ci nokaut qələbəsi olub. Bununla da o, qadın boksunda ən çox nokaut qələbəsi rekordunu təkrarlayaraq Kristi Martinlə eyni göstəriciyə çatıb.

“Gələn döyüşdə nokaut qələbələrinin sayına görə rekordu qıra bilərəm. Həm 50-ci qələbəmi qazana, həm də Kristi Martinin nokaut rekordunu geridə qoya bilərəm”, – deyə Serrano bildirib.

Aut.az