Voleybol

Bölgə klubu ukraynalı ilə müqavilə imzaladı

“Gəncə” voleybol klubu ukraynalı voleybolçu Olena Napalkova ilə yenidən müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, bu barədə “sarı-göylər”in mətbuat xidməti məlumat yayıb.

Ukrayna milli komandasının üzvü olan oyunçu 2024–2025-ci illər mövsümündə də komandanın heyətində çıxış edib və Azərbaycan kubokunun gümüş medalına sahib olub.